...

TÜRKPA Baş katibi Türkiyə və Qırğızıstan xarici işlər nazirləri ilə görüşəcək

Siyasət Materials 7 Sentyabr 2010 12:28 (UTC +04:00)
TÜRKPA Baş katibi Ramil Həsənov Türkiyənin İstanbul şəhərində 15-16 sentyabrda keçiriləcək Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında iştirak edəcək.
TÜRKPA Baş katibi Türkiyə və Qırğızıstan xarici işlər nazirləri ilə görüşəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M. Əliyev/

TÜRKPA Baş katibi Ramil Həsənov Türkiyənin İstanbul şəhərində 15-16 sentyabrda keçiriləcək Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə TÜRKPA mətbuat xidmətinin məlumatında deyilir.

Zirvə toplantısı çərçivəsində TÜRKPA Baş katibinin Qırğızıstan və Türkiyə xarici işlər nazirləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Həmçinin, Türkdilli Ölkələrin Xarici İşlər Nazirlərinin Toplantısında TÜRKPA-nın son dövrdəki fəaliyyəti ilə bağlı çıxışı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti