...

Gürcüstan tərəfi BMT baş katibinin nümayəndəsini Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə tanış edib

Siyasət Materials 13 Sentyabr 2010 21:02 (UTC +04:00)
Gürcüstan Xarici İşlər Nazirliyində nazir Qriqol Vaşadze BMT baş katibinin məcburi köçkünlərin hüquqları məsələləri üzrə xüsusi nümayəndəsi Valter Kelin ilə görüşüb
Gürcüstan tərəfi BMT baş katibinin nümayəndəsini Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə tanış edib

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Xarici İşlər Nazirliyində nazir Qriqol Vaşadze BMT baş katibinin məcburi köçkünlərin hüquqları məsələləri üzrə xüsusi nümayəndəsi Valter Kelin ilə görüşüb.

Görüşdə Abxaziya və Cənubi Osetiyada insan hüquqlarının pozulması məsələsi müzakirə edilib. Bu barədə Trend-ə XİN-in mətbuat və nəşr departamentindən bildiriblər. Gürcüstan tərəfi BMT baş katibinin nümayəndəsini Abxaziya və Sxinvali regionlarındakı vəziyyətlə tanış edib və beynəlxalq ictimaiyyətin bu regionlarda insan hüquqlarının pozulması monitorinqini fəal davam etdirəcəyinə ümid etdiyini bildirib.

Tərəflər Kelinin Abxaziyaya planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi də aparıblar.

Xəbər lenti

Xəbər lenti