...

Azərbaycanda səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Siyasət Materials 13 Sentyabr 2010 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti