...

Azərbaycanın fəaliyyətdə olan qanunvericiliyin effektiv istifadəsi ədalətli parlament seçkilərini təmin edəcək - Venesiya Komissiyasının katibi (YENİLƏNİB)

Siyasət Materials 25 Sentyabr 2010 17:50 (UTC +04:00)
Venesiya Komissiyası Azərbaycanın qanunvericiliyində bəzi problemlər aşkar edib, lakin bu qarşıdan gələn seçkilərin düzgün və şəffaf gedişinə təsir etməməlidir. Bu barədə Komissiyanın katibi Tomas Markert deyib.
Azərbaycanın fəaliyyətdə olan qanunvericiliyin effektiv istifadəsi ədalətli parlament seçkilərini təmin edəcək - Venesiya Komissiyasının katibi (YENİLƏNİB)

RED. Altıncı abzasdan sonra yeni sitatlar əlavə olunub

Azərbaycan, Bakı, 25 sentyabr/Trend, müxbir Y.Ostapenko/

Venesiya Komissiyası Azərbaycanın qanunvericiliyində bəzi problemlər aşkar edib, lakin bu qarşıdan gələn seçkilərin düzgün və şəffaf gedişinə təsir etməməlidir. Bu barədə Komissiyanın katibi Tomas Markert deyib.

"İndi seçkilərdən əvvəl qanunvericiliyin hansısa bəndlərinin dəyişdirilməsi ilə bağlı təklifin irəli sürülməsi üçün münasib vaxt deyil. Seçkilərin ədalətli nəticəsini təmin etmək üçün mövcud qanunvericilikdən maksimum effektiv istifadə etmək lazımdır", - Markert şənbə günü Bakıda Azərbaycan KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, noyabr seçkilərindən sonra Azərbaycanın seçki qanunvericiliyində nöqsanlara yenidən baxmaq və onların aradan qaldırılmasına görə birgə işləmək üçün kifayət qədər imkan olacaq.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-nə təyin edilib.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində beş ildə bir dəfə keçirilir.

Mərkəzi Seçki Komissiyasına təqdim edilən siyahıya əsasən, respublikada daimi yaşayan seçicilərin sayı beş milyon nəfərə yaxındır.

Markertin sözlərinə görə, Venesiya Komissiyasının indiki səfəri düzgün qiymət vermək üçün çox qısamüddətlidir. İndi hələ ki yalnız seçkiqabağı vəziyyətdən danışmaq olar. Lakin Venesiya Komissiyası nümayəndələrinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşdə əldə etdikləri məlumata əsasən, ölkədə seçkiqabağı vəziyyət kifayət qədər müsbətdir.

"Seçkilərdə demək olar bütün siyasi partiya və bloklar iştirak edir", - Markert qeyd edib. - Seçkiləri boykot etməyə ehtiyac yoxdur".

Venesiya Komissiyası Azərbaycanda keçiriləcək seçkilərin beynəlxalq standartlara uyğun olması səviyyəsinə yekun qiyməti seçki prosesi başa çatandan sonra öz hesabatında verəcək.

Şənbə günü Azərbaycan Ali Məhkəməsinin binasında ölkə parlamentinə keçiriləcək seçkilərə həsr edilən beynəlxalq konfrans keçirilib. Konfransda Venesiya Komissiyasının nümayəndələri iştirak edib. Onların sırasında Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançev, ekspert Serxiy Kalçenko və Komissiya katibi Tomas Markert var.

Xəbər lenti

Xəbər lenti