...

Putinin Rusiya Prezidenti vəzifəsinə qayıtması Gürcüstan-Rusiya dialoqunun qurulması imkanını istisna edəcək – Gürcüstan XİN

Siyasət Materials 27 Sentyabr 2010 15:32 (UTC +04:00)
Putinin Rusiya Prezidenti vəzifəsinə qayıtması Gürcüstan-Rusiya dialoqunun başlanması imkanını istisna edəcək. Bu barədə bazar ertəsi mətbuat konfransında xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
Putinin Rusiya Prezidenti vəzifəsinə qayıtması Gürcüstan-Rusiya dialoqunun qurulması imkanını istisna edəcək – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 27 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Putinin Rusiya Prezidenti vəzifəsinə qayıtması Gürcüstan-Rusiya dialoqunun başlanması imkanını istisna edəcək. Bu barədə bazar ertəsi mətbuat konfransında xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiya ilə dialoqa başlamağa hazırdır, lakin bu, Rusiyanın Gürcüstan ərazilərini işğal altında saxlayanadək mümkün deyil.

"Ən pisi odur ki, Rusiyanın indiki rəhbərliyi Gürcüstanın legitim yolla seçilən hökuməti ilə dialoq aparmaqdan imtina edir. Biz Rusiyanın qonşumuz olduğunu nəzərə alırıq, lakin onu da bilirik ki, indiki Rusiya rəhbərliyi ölkənin suverenliyini müdafiə edəcək Gürcüstanın demokratik yolla seçilən heç bir hökuməti ilə danışmayacaq", - Kalandadze bəyan edib.

Rusiya Prezidenti seçkiləri 2012-ci ildə keçiriləcək. Müşahidəçilər Rusiyanın keçmiş prezidenti, ölkənin hazırkı Baş naziri Vladimir Putinin yenidən dövlət rəhbəri vəzifəsinə namizədliyini sürəcəyini istisna etmirlər.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti