...

Latviya Prezidenti Azərbaycan ilə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razıdır

Siyasət Materials 8 Oktyabr 2010 16:55 (UTC +04:00)
Latviya Prezidenti Valdis Zatlers Azərbaycan ilə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən razıdır.
Latviya Prezidenti Azərbaycan ilə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razıdır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir S.Ağayeva/

Latviya Prezidenti Valdis Zatlers Azərbaycan ilə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən razıdır.

Dövlət başçısı Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovla görüşündə ölkələr arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən razı qaldığını bildirib və bu işdə öz diplomatik missiyasını başa vuran Azərbaycanın bu ölkədəki ilk səfirinin rolunu yüksək qiymətləndirib.

Cümə günü səfirlikdən Trend-ə verilən məlumata görə, Latviya Prezidenti Valdis Zatlers diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanın səfirini qəbul edib.

Valdis Zatlers qeyd edib ki, Azərbaycan Latviya ilə dost ölkədir və iki ölkə arasında münasibətlər ildən-ilə daha yüksək səviyyəyə qalxır.

Görüşdə Azərbaycanın səfiri ölkədə səfirliyin fəaliyyət göstərməsi üçün yaradımış şəraitə görə məmnunluğunu ifadə edib, dövlət və qeyri-dövlət strukturlarının səfirlik dövrü ərzində göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan ilə Latviya arsında ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən səfir bu əlaqələrin daha da inkişaf etdirilməsi və yüksəlməsi üçün əsaslı zəminin olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Latviya Prezidenti Azərbaycana həyata keçirdiyi dövlət səfərini və Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya həyata keçiriləcək dövlət səfərini xatırladaraq bu səfərlərin vacibliyini qeyd edib, iki ölkə arasında əməkdaşlığın inkişafında onların rolunu göstərib. Prezident Zatlers bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Latviya Prezidenti səmərəli fəaliyyətinə görə Azərbaycanın səfirinə minnətdarlığını bildirib və gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti