...

Tbilisidə Azərbaycan XİN rəhbərinin səfərinin rəsmi hissəsi başlayıb

Siyasət Materials 15 Oktyabr 2010 10:44 (UTC +04:00)
Bu gün Tbilisidə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfərinin rəsmi hissəsi başlayıb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10.30-da XİN-də Gürcüstan və Azərbaycan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Tbilisidə Azərbaycan XİN rəhbərinin səfərinin rəsmi hissəsi başlayıb

Gürcüstan, Tbilisi, 15 oktyabr / Trend. müxbir N.Kirtsxaliya /

Bu gün Tbilisidə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfərinin rəsmi hissəsi başlayıb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10.30-da XİN-də Gürcüstan və Azərbaycan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Nazirlər ikiktərəfli görüşlərdən sonra birgə brifinq keçirəcəklər.

Bundan sonra azərbaycanlı naziri əvvəlcə Gürcüstanın baş naziri Nika Gilauri, daha sonra Gürcüstan prezidenti Mixail Saakaşvili özünün Avlabar iqamətgahında qəbul edəcək. 

XİN-dən bildiriblər ki, görüşlərdə qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunacaq.

Dünən isə Məmmədyarov üçün mədəni proqram keçirilib. Onlar Siqnaxi və Bodbeni ziyarət ediblər, günün sonunda Mtsxetidə Svetisxlov şərəfinə keçirilən konsertdə iştirak ediblər. Burada Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlı naziri xüsusi mehribanlıqla qarşılayıb.

Xəbər lenti

Xəbər lenti