...

Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammiti əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir - Mənuçöhr Müttəki

Siyasət Materials 26 Oktyabr 2010 20:56 (UTC +04:00)
Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammiti əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammiti əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir - Mənuçöhr Müttəki

İran, Tehran, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammiti əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Müttəki çərşənbə axşamı Tehranda keçirdiyi mətbuat konfransında Trend-in müxbirinin sualını cavablandırarkən bildirib.

"İran bu sammitdə yüksək səviyyədə iştirak edəcək. Sammitdən bir gün əvvəl xarici işlər nazirləri səviyyəsində Bakıda iclas keçiriləcək", - Müttəki əlavə edib.

Onun sözlərinə görə, sammitin keçirilməsində məqsəd ölkələr arasında inteqrasiyanı dərinləşdirməkdir.

"Ümid edirəm ki, təhlükəsizlik, ekologiya, iqtisadiyyat və digər sahələrdə mövqelər daha da sıx və yaxın olacaq. Biz bu sammitin nəticələrinə çox ümid bəsləyirik", - Müttəki qeyd edib.

Xəzəryanı ölkələrin prezidentlərinin sammiti noyabrın 18-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti