...

Bakıda vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu müzakirə olunur (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 28 Oktyabr 2010 15:14 (UTC +04:00)
Azərbaycan-Rusiya əlaqələrinin inkişafı bütün sahələri, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərini əhatə edir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avrasiya Araşdırmaları İnstitutunun təşkil etdiyi "Vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu" "dəyirmi masa" formatında keçirilən iclasda bildirib.
Bakıda vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu müzakirə olunur (ƏLAVƏ OLUNUB-2) (FOTO)

RED: əlavəsi: Fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Rusiya əlaqələrinin inkişafı bütün sahələri, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərini əhatə edir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avrasiya Araşdırmaları İnstitutunun təşkil etdiyi "Vətəndaş cəmiyyətinin inkişafında parlamentlərin rolu" "dəyirmi masa" formatında keçirilən iclasda bildirib.

Həsənov bildirib ki, əməkdaşlığın başlıca istiqamətlərindən biri hər iki ölkədə vətəndaş cəmiyyətinin inkişafıdır və burada hər iki ölkənin parlamentləri böyük rol oynayır.

O, hər iki ölkə parlamentinin deputatlarının, tanınmış politoloq və ekspertlərinin iştirak etdiyi bugünkü görüşün, münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcəyinə ümidini ifadə edib.

Əli Həsənov Avrasiya Araşdırmaları İnstitutunun hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında rolunu xüsusilə qeyd edib.

Onun sözlərinə görə, hər iki dövlət başçısı Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi töhfə verib.

"Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə təşəbbüsləri bu problemin səmərəli həllinə ümidləri artırır", - Əli Həsənov hesab edir.

Çərşənbə günü Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yolları müzakirə olunub. Görüşün müsbət yekunu kimi Bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin və Dağlıq Qarabağ müharibəsi nəticəsində həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutur və humanitar xarakter daşıyır.

RF Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov müzakirələrin bugünkü mövzusunu son dərəcə aktual hesab edir.

Onun sözlərinə görə, Federal Məclis və Milli Məclis hər iki ölkə hakimiyyətini layiqli şəkildə təcəssüm etdirir.

Vinokurov hesab edir ki, bu gün parlamentlərarası əlaqələr münasibətlərin bütün sahələrində önəmli rol oynayır.

"Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq ən müxtəlif səviyyələrdə intensiv dialoqla müşayiət olunur", - o bildirib.

Vinokurov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını əməkdaşlığın əsas istiqaməti hesab edir. Onun sözlərinə görə, Rusiya son illər Azərbaycanın iqtisadi tərəfdaşları arasında əsas yer tutur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, ölkədə inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılması hər bir dövlət hakimiyyəti qarşısında duran başlıca vəzifədir.

"Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılmasını özünün prioriteti hesab edir. Bu gün Azərbaycan özünün iqtisadi inkişafına görə regionda lider mövqe tutur. Ölkənin xarici və iqtisadi siyasəti cəmiyyətin maraq və tələblərinə cavab verir", - o deyib.

Səmədzadənin sözlərinə görə, inkişaf etmiş vətəndaş cəmiyyəti qanunverici orqan tərəfindən hərtərəfli dəstəklənir. "İndiyədək Azərbaycan Parlamenti tərəfindən cəmiyyətin maraqlarını müdafiə edən 100-dən artıq qanun qəbul edilib və biz Dövlət Dumasının bu sahədə təcrübəsini öyrənməyə və gələcəkdə bu istiqamətdə işləri davam etdirməyə hazırıq", - o deyib.

İclasda Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də çıxış edib. O, qarşılıqlı əməkdaşlığın əksər məsələləri üzrə işləməyə imkan verən Rusiya və Azərbaycan arasında parlamentlərarası əlaqələrin olmasının əhəmiyyətini qeyd edib.

"İki ölkə rəhbərliyinin məsul siyasəti parlamentlərimizin qarşılıqlı işinin gözəl səviyyəsini təmin edir", - o qeyd edib.

Onun sözlərinə görə, həm Rusiya, həm Azərbaycan parlamentləri vətəndaşların sosial həyatının bir çox sahələrində uğurlu iş aparmalıdırlar. Bu məqsədə nail olmaq üçün, ilk növbədə, sosial yönümlü layihələr üzərində işləmək lazımdır.

Mollazadə bununla bağlı Azərbaycan və Rusiya parlamentlərində mədəniyyət, təhsil və səhiyyə sahələrində birgə islahatlar Komissiyasının yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, belə komissiya ikitərəfli parlamentlərarası əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə kömək edər.

"Məsələn, dünyəvi müsəlman Azərbaycanının modeli çoxmillətli Rusiya üçün gözəl nümunə ola bilər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti