...

Azərbaycanda cəza çəkənlərin parlament seçkisində azad seçim etmələrinə şərait yaradılacaq - Penitensiar Xidmətin rəisi

Siyasət Materials 29 Oktyabr 2010 16:49 (UTC +04:00)
Azərbaycanda cəza çəkənlərin parlament seçkisində azad seçim etmələrinə şərait yaradılacaq, seçkilərdə heç bir pozuntuya yol verilməyəcək. Trend-in məlumatına görə, bu sözləri ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov Xidmətin Baş İdarəsində seçkilərə hazırlıq məqsədilə keçirilən müşavirədəki çıxışında deyib.
Azərbaycanda cəza çəkənlərin parlament seçkisində azad seçim etmələrinə şərait yaradılacaq - Penitensiar Xidmətin rəisi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkənlərin parlament seçkisində azad seçim etmələrinə şərait yaradılacaq, seçkilərdə heç bir pozuntuya yol verilməyəcək. Trend-in məlumatına görə, bu sözləri ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov Xidmətin Baş İdarəsində seçkilərə hazırlıq məqsədilə keçirilən müşavirədəki çıxışında deyib.

"Cəza çəkənlərin azad seçim etmələri, tabe qurumlarda bu seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün zəruri tədbirlər görülür və əvvəlki illərdə olduğu kimi heç bir pozuntulara yol verilməyəcək", - Ələkbərov vurğulayıb.

Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi ədliyyə polkovniki Azər Seyidov seçkilərə hazırlıq işləri və təsdiq olunmuş plan üzrə görülmüş işlər barədə məlumat verərək, dairə seçki komissiyaları ilə penitensiar müəssisələr arasında qarşılıqlı fəaliyyətin səmərəli olduğunu qeyd edib.

Müşavirədə iştirak edən Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Milli Məclisə seçkilərlə əlaqədar aparılan tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib.

MSK rəsmisi vurğulayıb ki, seçkilərin keçirilməsi sahəsində Penitensiar Xidmətdə artıq kifayət qədər təcrübə toplanıb və bu istiqamətdə işlər çox yüksək səviyyədə həyata keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti