...

Azərbaycanda seçkilər zamanı "exit-poll" keçirilməsi seçici fəallığına müsbət təsir edəcək - təşkilatın rəhbəri

Siyasət Materials 29 Oktyabr 2010 17:28 (UTC +04:00)
Azərbaycanda seçkilər zamanı “exit-poll” keçirilməsi seçici fəallığına müsbət təsir edəcək
Azərbaycanda seçkilər zamanı "exit-poll" keçirilməsi seçici fəallığına müsbət təsir edəcək - təşkilatın rəhbəri

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı "exit-poll" keçirilməsi seçici fəallığına müsbət təsir edəcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanda "exit-poll" keçirməyi planlaşdıran ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.

"Seçkilər başlamazdan öncə orada müsahibəçilərin yoxlanması, onlar arasında seçim aparılması insanlarda seçkiyə qarşı maraq oyadır. Çünki insanlar "exit-poll"da iştirak üçün gəlirlər və hamısı iştirak etməsə də seçki prosesindən xəbərdar olurlar. Ona görə də düşünürəm ki, "exit-poll" keçirilməsi seçici fəallığını artıracaq", - Yaqubova əlavə edib.

Onun sözlərinə görə, "exit-poll"un keçirilməsi zamanı üç cür blanklardan istifadə olunacaq.

"Exit-poll"da seçim qaydası ilə seçilən vətəndaşlar üçün blanklar, könüllü iştirak etmək istəyən şəxslər və iştirakdan imtina edən şəxslər üçün blanklar ayrılıqda işarələnəcək. Könüllü iştirak etmək istəyənlərin səsləri nəzərə alınmayacaq. Çünki onlar xüsusi məqsədlə iştirak etmək istəyə bilərlər. İmtina edənlərin isə təxmini yaş həddi və cinsi qeyd olunacaq ki, bu da sosioloji araşdırma üçün tətbiq ediləcək", - Yaqubova deyib.

Parlament seçkiləri zamanı Azərbaycanın yerli Müstəqil Araşdırmalar Mərkəzi "exit-poll" keçirəcək. Bu təşkilat artıq MSK-da qeydiyyatdan keçib.

ELS Araşdırmalar Mərkəzi "exit-poll"u Azərbaycanın 1 180 seçki məntəqəsində təşkil ediləcək. Müsahibəçilərdən toplanılmış anketlər gündə dörd dəfə hesablanacaq, vətəndaş sorğusunun nəticələri seçki məntəqəsindən mərkəzi qərargaha ötürüləcək.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti