...

Gürcüstan və İran vizasız rejim haqqında saziş imzalayıblar

Siyasət Materials 3 Noyabr 2010 20:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə günü Gürcüstan və İran iki ölkə arasında vizasız rejim haqqında saziş imzalayıblar. Sənədi Gürcüstan XİN-də İranın xarici işlər naziri Mənuçöhr Müttəki və onun gürcü həmkarı Qriqol Vaşadze imzlayıblar.

Nazirlər Gürcüstan və İrana iki ölkə vətəndaşlarının gəlişini sadələşdirəcək sənədin imzalanmasının əhəmiyyətini vurğulayıblar.

"Bu, qonşulara sərhədsiz ünsiyyət qurmağa imkan verən və xalqları yaxınlaşdıran çox vacib sənəddir", - Müttəki qeyd edib.

Vaşadzenin sözlərinə görə, Gürcüstan bütün qonşu ölkələrlə vizasız əlaqənin təmin edilməsinə səy göstərir və bundan əvvəl bu növ saziş Türkiyə ilə də imzalanıb.

"Gürcüstanda İran turistlərinin sayı iki dəfə artıb və Gürcüstan tərəfi bu ölkə ilə həm də mal dövriyyəsinin artırılmasında maraqlıdır. Bu, viza rejiminin daha da sadələşdirilməsinə xidmət edəcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti