...

14 saylı Xəzər ikinci seçki dairəsində 15:00-a qədər 61,3 faiz seçici səs verib – DSK sədri (YENİLƏNİB)

Siyasət Materials 7 Noyabr 2010 15:24 (UTC +04:00)
14 saylı Xəzər ikinci seçki dairəsində seçici fəallığı müşahidə olunur.
14 saylı Xəzər ikinci seçki dairəsində 15:00-a qədər 61,3 faiz seçici səs verib – DSK sədri (YENİLƏNİB)

RED. əlav.: seçicilərin fəallığı barədə yeni məlumatlar əlavə olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Т.Hacıyev/

14 saylı Xəzər ikinci seçki dairəsində seçici fəallığı müşahidə olunur.

15:00-a olan məlumatlara görə, artıq 61,3 faiz seçici səs verib (26 764 nəfər). Bu barədə Trend-ə Dairə Seçki Komissiyasının (DSK) sədri İmaran Qəmbərov deyib.

DSK ərazisində olan məntəqələrdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyiblər.

14 saylı Xəzər ikinci seçki dairəsi üzrə 359 yerli müşahidəçi qeydə alınıb. Bu dairədə 43 663 seçici qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib

Xəbər lenti

Xəbər lenti