...

Azərbaycan Prezidentinin Füzuli rayonuna səfəri başlayıb

Siyasət Materials 11 Noyabr 2010 11:18 (UTC +04:00)
Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlib.
Azərbaycan Prezidentinin Füzuli rayonuna səfəri başlayıb

Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdir və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf edib. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılıb. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi -texniki bazası ilbəil möhkəmləndirilir.

Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, son aylarda parkda yenidənqurma işləri aparılıb, təzə yaşıllıq zolaqları salınıb.

Xəbər lenti

Xəbər lenti