...

Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir – Prezident Mahmud Əhmədinejad

Siyasət Materials 16 Noyabr 2010 21:43 (UTC +04:00)
Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir, bunu Azərbaycanın “Lider” telekanalına müsahibəsində İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bildirib.
Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir – Prezident Mahmud Əhmədinejad

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran arasında əlaqələr dostluq şəraitindədir, bunu Azərbaycanın "Lider" telekanalına müsahibəsində İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bildirib.

"Azərbaycan və İran iki qardaş millət və hökumətdir. Əlaqələrimiz çox yaxşı səviyyədədir. Hazırda iqtisadi, siyasi və mədəniyyət sahəsində əlaqələrimiz inkişaf etməkdədir" Əhmədinejad deyib.

İran Prezidentinin noyabrın 17-də Azərbaycana səfəri başlayır. Mahmud Əhmədinejad Azərbaycana səfəri çərçivəsində, həmçinin noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitində iştirak edəcək.

Azərbaycanla İran arasında illik ticarət dövriyyəsi 550 milyon dollardır. Hər iki ölkə rəsmiləri ilkin olaraq illik ticarət dövriyyəsini 1 milyard dollara qaldırmaq istəyirlər.

Əhmədinejad bildirib ki, hər iki ölkə müsəlmandır və əlaqələri daha da inkişaf edəcək.

"İki ölkənin əlaqələrində heç bir maneə yoxdur. İki ölkə arasında əlaqələrin gələcək perspektivini çox yaxşı görürəm və hər iki ölkənin xalqlarının xeyrinədir" İran Prezidenti müsahibəsində bildirib.

Əhmədinejad deyib ki, İran və Azərbaycanın siyasi və mədəni əlaqələri yüksək səviyyədədir.

"İqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Müxtəlif sahələrdə, enerji, ticarət və müştərək sərmayə yatırımları sahəsində əlaqələrin inkişafı üçün çox yaxşı layihələr hazırlanıb və icra edilməyə hazırlanır. Hər iki dövlət əlaqələrin inkişafında maraqlıdır və onu dəstəkləyir. Tacirlər, sahibkarlar və investorlar daha çox çalışmalı və işlərin icrasına başlamalıdır" İran Prezidenti bildirib.

Xəzərin statusunun müəyyənləşməsi məsələsinə gəlincə, Əhmədinejad bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı beş Xəzəryanı ölkələr müzakirələrini aparır və bu, bir az gərgin məsələdir.

"Xəzərin hüquqi statusu, siyasi və ekoloji məsələləri müzakirə edilir. Bu məsələlər tədbirli, sakitlik və təfəkkürlə həll olunmalıdır. Biz Tehran Sammitində bunu anladıq ki, Xəzəryanı ölkələr məsələnin həllinə çalışırlar. İndiyədək yaxşı işlər görülüb, ekologiya məsələləri ilə bağlı bir çox məsələlər haqda razılaşma əldə olnub. Ümid edirəm ki, Bakı Sammitində sənədlər imzalanacaq və əlavə sənədlərin hazırlanması istiqamətində də işlər görüləcək. Xəzərin hüquqi statusi ilə bağlı da hazırlıq işləri başlayıb. Ümid edirəm ki, Bakı Sammitində Xəzərin hüquqi statusu ilə bağlı böyük addımlar atılacaq" İran Prezidenti vurğulayıb.

Əhmədinejad hesab edir ki, siyasi baxımdan Xəzərin təhlükəsizliyi daha böyük əhəmiyyət kəsb edir.

"Fikrimcə, dövlətlər arasında ümumi razılaşma var ki, Xəzər dənizi dostluq və sülh dənizi olsun. Hamı razıdır ki, əcnəbilər Xəzərin məsələlərinə müdaxilə etməməlidir. Tehran Sammitində razılaşdırılıb ki, heç bir ölkənin başqa bir ölkəni hərbi hədələməyə hüququ yoxdur" Əhmədinejad deyib.

Xəzəryanı dövlətlər (Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Türkmənistan) 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

Xəbər lenti

Xəbər lenti