...

"WikiLeaks"in məlumatı Qazaxıstan-ABŞ münasibətlərinə təsir etməyəcək – Kanat Saudabayev

Siyasət Materials 1 Dekabr 2010 15:45 (UTC +04:00)

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

"WikiLeaks" saytı tərəfindən məxfi materialların dərc olunması Qazaxıstan və ABŞ münasibətlərinə təsir etməyəcək. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bəyan edib.

"Bu, bizim [diplomatik] işimizi müşayiət edən təbii xərclərdir. Biz bu insidentə sakit münasibət göstəririk və bu, Qazaxıstan-ABŞ əlaqələrinə heç cür təsir etməyəcək", - ATƏT-in fəaliyyətdə olan sədri Saudabayev çərşənbə günü Astana sammitində bildirib.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-lərinə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama adminstrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

Dünya liderlərinin əksəriyyəti sənədlərin həqiqiliyinə şübhə ilə yanaşırlar.

Xəbər lenti

Xəbər lenti