...

İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarını təltif edib

Siyasət Materials 6 Dekabr 2010 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları - Abdul-Qədirov İsmayıl Qafar oğlu "Şöhrət" ordeni ilə, Bağırov Cavanşir Ağabəy oğlu, Ələkpərov Həmid Yusif oğlu, Əbdürəhmanov Şamil Hətəm oğlu, Hüseynov Firat Alışan oğlu, Qaibov Rafiq Hüseyn oğlu, Qurbanov Oqtay Hüseyn oğlu, Məmmədova Şükufə Ağaşıxalı qızı, Nərimanov Elşad Əhməd oğlu, Sadıqov Sadıq Kazım oğlu və Salmanov Sulduz Baxış oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşlarına - Fəttahov Akif Məcid oğlu, Qədəşov Eldar Nəsibulla oğlu, Məmmədyarov Qəhrəman Müslüm oğlu və Yaqubov Camal Calal oğluna "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Abdinova Nataliya İvanovna, Ağalarov Yusif Tağı oğlu, Əbiyev Telman Qulam oğlu, Bağırov Valeri Məmmədoviç, Bağırov Soltan Sədrəddin oğlu, Əliyeva Sara Əli qızı, Hüseynov Şüa Hüseyn oğlu, İsmayılov Tomas Məmməd oğlu, Qurbanov Hənifə Hüseyn oğlu, Məcidov Nazim Böyük-Ağa oğlu, Möhbalıyev Fəhrad Firudin oğlu, Rüstəmov Bəxtiyar Əyyub oğlu, Səlimova Lətifə Həsən qızı, Seyidzadə Əsmər Mirmehdi qızı, Sadıxova Ellaza Rizvan qızı, Salmanova Nazilə Balakişi qızı, Sultanova Sara Oqtay qızı və Yusufxanov Əli Kazım oğluna "Əməkdar Müəllim" fəxri adları verilib.

Xəbər lenti

Xəbər lenti