...

Bakı polisində kadr islahatları aparılıb

Siyasət Materials 28 Dekabr 2010 15:29 (UTC +04:00)
Trend-in məlumatına görə, işdə yol verdikləri nöqsanlara görə rəis Möhübbət Hüseynov və rəis müavini Vəli Abbasov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduqları vəzifədən azad olunublar.
Bakı polisində kadr islahatları aparılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Yasamal rayon Polis İdarəsinin rəisi və müavini tutduqları vəzifədən azad olunub.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən idarədə yoxlama aparılıb və nəticədə işdə yol verdikləri nöqsanlara görə rəis Möhübbət Hüseynov və rəis müavini Vəli Abbasov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduqları vəzifədən azad olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Trend-ə açıqlamasında məlumatı təsdiqləyib. Boş qalan vəzifələrə hələlik təyinat yoxdur.

Xəbər lenti

Xəbər lenti