...

Azərbaycan ilə Toqo arasında diplomatik əlaqələr qurulub

Siyasət Materials 29 Dekabr 2010 01:38 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Toqo arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Bu barədə Daimi Nümayəndəliyin çərşənbə günü Trend-ə daxil olan məlumatında deyilir.
Azərbaycan ilə Toqo arasında diplomatik əlaqələr qurulub

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.Hüseynov/

Çərşənbə axşamı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Toqo arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Bu barədə Daimi Nümayəndəliyin çərşənbə günü Trend-ə daxil olan məlumatında deyilir.

Kommünikeni Azərbaycan Respublikası Hökuməti adından ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Aqşin Mehdiyev, Toqo Hökuməti adından Toqonun BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Kodjo Menan imzalayıblar.

İmzalanma mərasimindən sonra Səfir Mehdiyev və Səfir Menan iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri, mümkün əməkdaşlıq sahələri və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Afrikanın qərbində yerləşən Toqo Respublikası Qana, Burkina Faso və Beninlə həmsərhəd olan ölkədir.

Xəbər lenti

Xəbər lenti