...

Azərbaycan və Gürcüstanın 2011-ci il üçün perspektiv planları müzakirə edilib

Siyasət Materials 19 Yanvar 2011 18:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstan 2011-ci il üçün perspektiv planları müzakirə edib.
Azərbaycan və Gürcüstanın 2011-ci il üçün perspektiv planları müzakirə edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan və Gürcüstan 2011-ci il üçün perspektiv planları müzakirə edib.

Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, nazir Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.

Görüşdə artıq ənənə halını almış ölkələr arasında münasibətlərə dair keçən ilin nəticələri qiymətləndirilərək, 2011-ci il üçün perspektiv planlar müzakirə edilib.

Məlumata görə, Azərbaycan-Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanıb. Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa İttifaqı ilə əlaqədə birgə layihələrin həyata keçirilməsi məsələlərinin mümkünlüyü müzakirə olunub.

Tərəflər Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, regional layihələrin regionun inkişafına yönəldiyini vurğulayıblar.

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü problemi barəsində danışıb, münaqişələrin həllinə dair aparılan danışıq proseslərinin son durumu barədə biri-birini məlumatlandırıblar.

Həmçinin, görüş zamanı qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti