...

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib

Siyasət Materials 22 Yanvar 2011 17:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Bu barədə "AzərTac" dövlət informasiya agentliyi xəbər yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib

Azərbaycan, Bakı, 22 yanvar /Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Bu barədə "AzərTac" dövlət informasiya agentliyi xəbər yayıb.  

Dövlət başçısı Rusiya Prezidenti Administrasiyası rəhbərinin ölkəmizdəki bütün görüşlərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Bu il Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq mərhələsində işləri daha da aktivləşdirməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Forumun yeni statusda keçiriləcəyini bildirib. Bu tədbirlərin təkcə Rusiya-Azərbaycan deyil, həm də beynəlxalq xarakter daşıyacağını deyən dövlətimizin başçısı bu prosesin əsasının Azərbaycan və Rusiya tərəfindən qoyulduğunu, ölkələrimizin təsisçi və təşəbbüskar ölkələr olduğunu qeyd edib. Azərbaycan ilə Rusiya arasında münasibətlərin geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə görüşlərinin önəmini vurğulayıb, bu görüşlərdə əlaqələrimizin inkişafı ilə bağlı bütün məsələlərin operativ və konstruktiv şəkildə həll edildiyini bildirib. Prezident İlham Əliyev Rusiya Prezidentinin ölkəmizə son səfəri çərçivəsində bir sıra mühüm razılıqların əldə edildiyini bildirib. Xəzəryanı ölkələrin Bakı sammitinin çox yüksək səviyyədə keçirildiyini deyən dövlətimizin başçısı regional məsələlərdə də ölkələrimiz arasında tam qarşılıqlı anlaşmanın olduğunu vurğulayıb. Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin ölkəmizə səfərinin 2011-ci ildə ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasında əməkdaşlığa toxunan Sergey Narışkin yüksək səviyyəli əməkdaşlığın iqtisadi və siyasi sahələrdə böyük perspektivə malik olduğunu  bildirib. Rusiya ilə Azərbaycan arasında humanitar sahədə də geniş proqramın həyata keçirildiyini bildirən Sergey Narışkin Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən və artıq beynəlxalq Foruma çevrilən bu tədbirin nəinki ikitərəfli, hətta çoxtərəfli münasibətlərimizin formatında böyük hadisə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti