...

Aİ Azərbaycan ərazi bütövlüyünu tanıyır və mövqeyi dəyişməzdir - Piter Semnebi

Siyasət Materials 23 Yanvar 2011 16:10 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana ikigünlük səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edəcək. Bunu bazar günü jurnalistlərə Semnebi özü bildirib.
Aİ Azərbaycan ərazi bütövlüyünu tanıyır və mövqeyi dəyişməzdir - Piter Semnebi

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana ikigünlük səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edəcək. Bunu bazar günü jurnalistlərə Semnebi özü bildirib.

"Gündəlikdə münaqişənin nizamlanması məsələsi durur və biz münaqişənin həlli üzrə səylərə diqqət yetiririk" deyə Semnebi bildirib.

Semnebinin sözlərinə görə, səfər zamanı o, parlament seçkilərindən sonra ölkədəki siyasi vəziyyətlə də tanış olacaq. "Bu Azərbaycana növbəti səfərimdir və biz ölkənin rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəyik. Həmçinin Azərbaycan ombudsmanı ilə görüşüm də planlaşdırılır", - Semnebi deyib.

Semnebinin sözlərinə görə, Aİ noyabrın 7-də keçirilən parlament seçkilərindən sonra Azərbaycanda siyasi həyatın necə inkişaf edəcəyilə maraqlanır.

"Avrokomissiya başçısının Azərbaycana səfərindən sonra xarici siyasət məsələrilə maraqlanıram", - Semnebi deyib.

Jurnalistlərin Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxışın Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməməsinə dair sualına cavab verən Semnebi bildirib ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz olaraq qalır.

"Avropa İttifaqı Azərbaycan ərazi bütövlüyünu tanıyır və bu məsələ üzrə Aİ-nin mövqeyi dəyişməzdir", - Semnebi bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Bakıya səfəri yanvarın 24-ə kimi davam edəcək.

Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti