...

Bakıda Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə olunur

Siyasət Materials 27 Yanvar 2011 11:10 (UTC +04:00)
Bakıda Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə olunur.
Bakıda Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə olunur

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə olunur.

Müzakirələr Avstriya Sənayeçiləri Konfederasiyasının prezidenti Vayt Zorgerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılır. Bu barədə cümə axşamı Trend-ə Avsrtiyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycan iqtisadiyyatı ilə tanışlıq, ölkənin investisiya imkanlarının öyrənilməsidir.

Nümayəndə heyətinin üzvləri artıq Sənaye və Energetika, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirlikləri, həmçinin Azərbaycan Beynəlxalq Bankında görüşlər keçiriblər.

Səfər proqramına Azərbaycanın xarici işlər, maliyyə, rabitə və informasiya texnologiyaları nazirləri ilə görüş daxildir.

Xəbər lenti

Xəbər lenti