...

GUAM ölkələrinin turizm sahəsində əməkdaşlıq perspektivləri Tokioda müzakirə olunub

Siyasət Materials 24 Fevral 2011 16:36 (UTC +04:00)
Tokioda quruma üzv olan ölkələrin turizm administrasiyalarının, turizm agentlikləri nümayəndələrinin, Yaponiya tərəfdən nümayəndələrin və GUAM Katibliyinin iştirakı ilə GUAM-ın turizm üzrə işçi qrupunun səkkizinci iclası keçirilib.
GUAM ölkələrinin turizm sahəsində əməkdaşlıq perspektivləri Tokioda müzakirə olunub

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Tokioda quruma üzv olan ölkələrin turizm administrasiyalarının, turizm agentlikləri nümayəndələrinin, Yaponiya tərəfdən nümayəndələrin və GUAM Katibliyinin iştirakı ilə GUAM-ın turizm üzrə işçi qrupunun səkkizinci iclası keçirilib. Bu barədə Katibliyin məlumatında deyilir.

İştirakçılar Yaponiya tərəfə GUAM-a üzv olan ölkələrin turizm administrasiyaları və turizm şirkətləri üçün turizm üzrə yüksək səviyyədə LSA (2011-ci il 13-26 fevral, Tokio) seminarının təşkilinə və yapon bazarında GUAM birgə turizm məhsullarının irəliləməsi üçün fəal yardıma görə təşəkkürlərini bildiriblər.

İclas iştirakçıları qeyd ediblər ki, indiki məqamda onlar tərəfindən turizm üzrə işçi qrupunun idarə rəhbərləri səviyyəsində keçirilən beşinci iclası zamanı (2010-cu il 24-25 iyun, Bakı) qəbul edilən GUAM-Yaponiya birgə turizm məhsulunun inkişafı üzrə fəaliyyət planının bütün bəndləri yerinə yetirilib (yaxud son icra mərhələsindədir).

İclas iştirakçıları işçi qrupunun əlaqələndirici ölkəsinə GUAM-Yaponiya birgə turizm məhsulunun inkişafı üzrə yeni fəaliyyət planının işlənib hazırlanması və qəbul edilməsi məqsədilə GUAM ölkələrində turizmin inkişafına cavabdeh olan (Gürcüstan) turizm üzrə işçi qrupunun idarə rəhbərləri səviyyəsində növbəti doqquzuncu iclasının təşkili haqqında tövsiyələr vermək barədə razılığa gəliblər.

İşçi qrupunun növbəti iclası 2011-ci ilin ikinci rübündə Gürcüstanda keçiriləcək. İclasın keçiriləcəyi tarix diplomatik kanallar üzrə razılaşdırılacaq.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti