...

Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyası layihəsi monumental əsərdir - lord Con Veyverli

Siyasət Materials 4 Mart 2011 13:40 (UTC +04:00)
Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyası layihəsi monumental əsərdir. Trend-in məlumatına görə, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Con Veyverli belə hesab edir.
Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyası layihəsi monumental əsərdir - lord Con Veyverli

Böyük Britaniya, London, 4 mart /Trend, müxbir A.Qasımova/

Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyası layihəsi monumental əsərdir. Trend-in məlumatına görə, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Con Veyverli belə hesab edir.

"Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasının konseptual əsasları" kitabı münaqişəli ərazilərin iqtisadi inkişafının mərhələli planını göstərən fundamental əsərdir", -Veyverli çərşənbə günü Londonda bildirib.

Londonda Lordlar Palatasında "Azərbaycanın post-münaqişəli ərazilərinin bərpasının konseptual əsasları" kitabının təqdimatı keçirilib.

Kitabın müəllifləri "Qafqaz və Qloballaşma" jurnalının baş redaktoru Nazim Müzəffərli və Qafqaz Strateji Araşdırmaları İnstitunun (ISSC) rəhbəri Eldar İsmayılovdur.

Kitab Qafqaz Strateji Araşdırmalar Mərkəzi (ISSC) tərəfindən üç dildə (Azərbaycan, ingilis və rus) çap olunub.

Kitabda qaldırılan başlıca sual işğaldan azad olunduqdan sonra Azərbaycan ərazilərinin necə və hansı vəsaitlərlə bərpa olunmasının mümkünlüyüdür.

Müstəqil ekspertlərin işi məhz Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasına yönəlib və münaqişənin özünün nə vaxt və hansı şəkildə həll olunması məsələsini nəzərdə tutmur.

Veyverli kitabın müəlliflərinə bu qədər çox zəhmət tələb edən və faydalı işə görə minnətdarlığını bildirib və onlara dəstəyini ifadə edib.

Təqdimatda iştirak edən Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr (Frederick Starr) öz növbəsində bildirib ki, bu əsərin yazılması ideyası "İnsanlar öz ərazilərinin işğal olunmasından sonra hansı şəraitə qayıdacaqlar" məsələsinin müzakirəsi zamanı yaranıb.

"Biz anlayırıq ki, insanlar ərazilərin azad olunmasından dərhal sonra öz evlərinə qayıtmaq istəyəcəklər, lakin onlar orada nə tapacaqlar? Nəzərə alaq ki, hər şey dağıdılıb, infrastruktur yoxdur, polis yoxdur, heç nə yoxdur", - Starr bildirib.

Professorun sözlərinə görə, kitab münaqişə həll olunarsa, azad olunan ərazilərin reallığa maksimal yaxınlaşdırılmış mərhələli planını göstərmək üçün yazılıb. "Bu kitab bütün Qafqazda posmünaqişə problemlərinin həllində istifadə oluna biləcək sxemdir", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti