...

ABŞ-ın Azərbaycandakı səfiri azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Mart 2011 18:30 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə münasibətini açıqlayıb.
ABŞ-ın Azərbaycandakı səfiri azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonrakı hissə əlavə olunub (İlk xəbər saat 17:41-də yayınlanıb)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

ABŞ-ın Azərbaycandakı səfiri azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə münasibətini açıqlayıb.

"Hər bir insanın ölümü, xüsusilə də uşağın ölümü faciədir. Bu hal məni çox kədərləndirib", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

Səfir bildirib ki, bu hadisə bir daha göstərir ki, Qarabağ münaqişəsinin tənzimlənməsinin sülh yolundan başqa alternativi yoxdur.

"Mən Vaşinqtondan olan həmkarlarım və dostlarımla birlikdə münaqişə tərəfləri arasında niftrət hissini azalmağın yollarını axtarırıq. Düşünürük ki, nifrət hissinin aradan götürülməsi münaqişənin sülh yolu ilə həllinin əsası ola bilər", - səfir əlavə edib.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti