...

Azərbaycanla Meksika arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Siyasət Materials 16 Mart 2011 10:51 (UTC +04:00)
Azərbaycanla Meksika arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub.
Azərbaycanla Meksika arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycanla Meksika arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Trend-in məlumatına görə, müzakirə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun bu ölkənin yeni təyin edilmiş enerji naziri Xose Antonio Meade ilə görüşündə aparılıb.

Görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmyyətini vurğulayıblar və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Səfir Muxtarov, həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqqında nazir Meadeyə geniş məlumat verib.

Nazir Meade Azərbaycanla enerji sektorunda əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, eyni zamanda öz ölkəsinin elmi mütəxəssislər və tələbə mübadiləsi sahəsində əməkdaşlıqda da maraqlı olduğunu qeyd edib və Meksikanın müvafiq təhsil müəssisəsi ilə əlaqələrin yaradılmasının vacibliyini bildirib.

Görüşdə, həmçinin 2011-ci ilin 7-10 iyun tarixlərində Bakıda keçiriləcək "Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı"nda Meksika nümayəndə heyətinin iştirak etməsinin mümkünlüyü məsələsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti