Azərbaycan, Bakı, 20 mart /Trend/
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov cari ilin 20-22 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı nazir Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayid əl-Nahyan, Ticarət Naziri Şeyxa Lyubna əl-Qasımi, Vəliəhd, ordu komandanın müavini Şeyx Məhəmməd bin Zayid əl-Nahyan ilə görüşləri planlaşdırılıb.
Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər müzakirə mövzusu olacaq.
Azərbaycanın Xarici İşlər Naziri Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov cari ilin 20-22 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq.
