...

Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər

Siyasət Materials 28 Mart 2011 10:30 (UTC +04:00)
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.
Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

Trend-in məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində MTN-in ölkəmizin milli və dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar.

Onlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstəsi qoyublar.

Nazirliyin əməkdaşları daha sonra Şəhidlər xiyabanına gələrək, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.

1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis olunub.

Xəbər lenti

Xəbər lenti