...

Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 2 Aprel 2011 10:35 (UTC +04:00)
Türkiyənin Strateji Texniki-İqtisadiyyat Tədqiqatlar Mərkəzinin rəhbəri Ünvər Çəkəmoğlu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub.
Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Türkiyənin Strateji Texniki-İqtisadiyyat Tədqiqatlar Mərkəzinin rəhbəri Ünvər Çəkəmoğlu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub.

SAM-dan Trend-ə verilən məlumata görə, Çəkəmoğlu direktor müavini Gülşən Paşayeva ilə görüşüb.

Paşayeva qonaqlara SAM-ın fəaliyyəti, nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə də iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zərurəti qeyd edilib.

Görüş zamanı regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti