...

Azərbaycanlılara qarşı erməni təbliğatının qarşısını almaq üçün yeni internet səhifəsi hazırlanır

Siyasət Materials 28 Aprel 2011 15:50 (UTC +04:00)
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "www.qerbiazerbaycan.com" internet səhifəsinin hazırlanmasına başlayıb.
Azərbaycanlılara qarşı erməni təbliğatının qarşısını almaq üçün yeni internet səhifəsi hazırlanır

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "www.qerbiazerbaycan.com" internet səhifəsinin hazırlanmasına başlayıb. Bu barədə cümə axşamı Trend-ə ATSAM-ın mətbuat xidmətindən məlumat verilib.

Üç ay müddətində icra ediləcək layihənin əsas məqsədi azərbaycanlılara qarşı ermənilərin təhrif olunmuş təbliğatlarının qarşısını almaq, İrəvan xanlığının tarixini işıqlandırmaq, ötən əsrdə müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlılar haqqında məlumat vermək, bölgənin tarixən Azərbaycan torpaqları olduğunu tarixi sənədlərlə, xarici səyyahların bölgə haqqında verdikləri məlumatlarla təsdiq etmək, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində işlər görməkdir.

İnternet səhifəsində hazırda Ermənistan Respublikası adlanan ərazinin həqiqi sakinlərinin Azərbaycan türkləri olduğu tarixi, coğrafi, elmi-mədəni, ədəbi-ictimai, etnoqrafik baxımdan əsaslandırılacaq. Bu məqsədlə hazırlanacaq internet səhifəsinə tarixi dəyəri olan foto və arxiv materialları, xəritələr, elmi nəşrlər və məqalələr yerləşdiriləcək.

Sayt Azərbaycan, erməni, rus, ingilis dillərində olacaq. Bu layihənin icrasi ilə eyni zamanda Azərbaycan dövlətinin xarici siyasət kursu qeyri-hökumət təşkilatı səviyyəsində dəstəklənəcək. Layihə çərçivəsində hazırlanacaq internet səhifəsi Ermənistanın Azərbaycana qarşı təbliğatına cavab olacaq, bu yolla Ermənistanın Azərbaycana qarşı təbliğatında əks arqumentlər ortaya çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti