...

Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti Avronest PA-dakı işimizin prioritet istiqaməti olacaq - deputat

Siyasət Materials 4 May 2011 17:48 (UTC +04:00)
Azərbaycan deputatı hesab edir ki, Avronest Parlament Assambleyasının (PA) yaradılması regiondakı həqiqətlərin dünyaya çatdırılmasında yardımçı olacaq.
Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti Avronest PA-dakı işimizin prioritet istiqaməti olacaq - deputat

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan deputatı hesab edir ki, Avronest Parlament Assambleyasının (PA) yaradılması regiondakı həqiqətlərin dünyaya çatdırılmasında yardımçı olacaq.

"Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və onun yaratdığı problemlər Avronest PA-dakı işimizin prioritet istiqaməti olacaq", - bunu çərşənbə günü Trend-ə Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə deyib.

Mayın 3-də Avropa Parlamentinin Brüsseldəki mənzil-iqamətgahında Avronest Parlament Assambleyasının (PA) təsis yığıncağı keçirilib. Yığıncaqda ölkəmizi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Elxan Süleymanov, Əli Hüseynli, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Azər Kərimli və Fuad Muradov təmsil ediblər.

Yığıncaqda Avronest PA-nın sədri və müavinlərinin, habelə qurumun büro üzvlərinin seçkisi keçirilib. Azərbaycanlı deputat Elxan Süleymanov yekdilliklə Avronest PA sədrinin müavini və büro üzvü seçilib. Eyni zamanda, Süleymanov Azərbaycanın Avronest PA-dakı deputat qrupunun rəhbəri vəzifəsinə seçilib. Azərbaycan qurumda 10 deputatla təmsil olunacaq.

Avronest PA-nın təsis mərhələsində Azərbaycan nümayəndə heyətinin apardığı fəaliyyət nəticəsində Milli Məclisin deputatı Fuad Muradov enerji təhlükəsizliyi məsələləri üzrə komitənin həmsədri seçilib.

Mollazadə hesab edir ki, Avronest PA Azərbaycanın və regionun Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında, bu əməkdaşlığın daha geniş və konkret sahələr üzrə qurulmasında yardımçı olacaq.

Xəbər lenti

Xəbər lenti