...

Türkiyədə Baş nazirin nümayəndə heyətinin kortejinə hücumla bağlı təhqiqat aparılır

Siyasət Materials 5 May 2011 11:39 (UTC +04:00)
Türkiyədə Baş nazirin nümayəndə heyətinin kortejinə hücumla bağlı təhqiqat aparılır
Türkiyədə Baş nazirin nümayəndə heyətinin kortejinə hücumla bağlı təhqiqat aparılır

Azərbaycan, Bakı, 5 may /Trend/

Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətinin kortejinə hücumla bağlı təhqiqat aparılır. Trend-in məlumatına görə, xarici KİV-in yaydığı xəbərə əsasən, korteji müşayiət edən maşına qumbara atılıb. İnsident ölkənin şimalında hökumət başçısının seçkiqabağı kampaniya çərçivəsində Kastamonu şəhərinə səfərindən dərhal sonra baş verib. Qumbaranın atılmasından sonra naməlum şəxslər hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələrini müşayiət edən avtomobili atəşə tutublar. Atışmada iki polis yaralanıb. Onların avtomobili yanaraq külə dönüb.

Hücum zamanı Ərdoğan artıq şəhəri tərk edibmiş. Növbəti mitinqdə o, baş verənləri pisləyib. "Bu terrorçular, bu separatçılar demokratik mübarizədə qalib gələ bilməyəcəklər. Belə hücumlara əl atmaqla öz məqsədlərinə nail olacaqlarını düşünürlər. Biz heç kimə bu ölkəni parçalamağa imkan verməyəcəyik. Biz böyük millətik, banditlərə təslim olmayacağıq", - Baş nazir bildirib.

2011-ci il iyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti