...

Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 10 May 2011 15:51 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən tədbiri giriş sözü ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov açıb.
Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Hacıyev/

Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən tədbiri giriş sözü ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov açıb. O qeyd edib ki, bu gün Azərbaycan xalqının xoşbəxt olması üçün, Azərbaycanın dünyada tanınması üçün öz həyatını fəda etmiş bir şəxsin doğum günüdür.

"Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı daim inkişafa doğru aparır. Heydər Əliyev siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Biz uğurlarımıza görə ulu öndərimizə borcluyuq. Onun müəyyən etdiyi siyasi kursu, onun yolunu davam etdirmək şərəfdir", - Heydərov əlavə edib.

Heydərovun sözlərinə görə, ulu öndərin müəyyən etdiyi siyasət nəticəsində Fövqəladə Hallar Naziliyi dövlətin və əhalinin mülkiyyətinin təhlükəsizliyi baxımından mühüm struktura çevrilib.

"Bu gün Fövqəladə Hallar Nazirliyi ölkədə baş verə biləcək fəsadların aradan qaldırılması işlərindən əlavə, digər dövlətlərdə hadisələr baş verəcəyi təqdirdə, orada da xilasetmə işləri həyata keçirməyə qadirdir", - o vurğulayıb.

Nazir onu da bildirib ki, ulu öndər tərəfindən əsasi qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət həm aqrar sahədə, həm enerji, həm sənaye, həm də ərzaq təhlükəsizliyi sahəsində öz töhfələrini verir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin fəaliyyətindən və onun fəaliyyətinin Azərbaycan tarixindəki rolundan bəhs edib.

O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin bərpa olunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub.

Onun sözlərinə görə, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda müstəqilliyin dönülməzliyini təmin etmək, bütün xalqı birləşdirə biləcək bir ideologiyanın əsasını qomaq və istisadiyyatın davamlı inkişafını təmin etmək vacib amillərdən idi.

"Azərbaycan öz dövlət müstəqlilliyini əldə etdikdən sonra hakimiyyətə gələn qüvvələr, istər Ayaz Mütəllibov, istərsə də AXCP-Müsavat cütlüyünün yaratdığı hökumət bu amilləri təmin etmək iqtidarında deyildilər. Onların bu işləri görmək üçün nə kifayət qədər təcrübələri, nə də səriştələri yox idi. Məhz ümummilli lider Heydər Əliyev belə bir zamanda bu işləri görməyi bacardı", - Qurbanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti