Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/
ATƏT-in Bakı Ofisi iqtidar-müxalif dialoqunun baş tutacağına inanır, Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.
"Biz dialoqun baş tutmasının tərəfdarıyıq. Yaxın günlərdə və yaxud aylarda bunun baş tutmasına çalışacağıq" Cankorel əlavə edib.
ATƏT rəsmisinin sözlərinə görə, dialoqla bağlı hakim Yeni Azərbaycan Partiyasının razılığı alınıb.
Martın 7-8-də ATƏT-in Bakı Ofisi iqtidar və müxalifət partiyalarının dialoqunun keçirilməsini palanlaşdırmışdı. Lakin tərəflərə görə dialoq baş tutmayıb.