...

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar yaxın həftələrdə başlayacaq - Rolan Kobia

Siyasət Materials 18 May 2011 12:18 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar yaxın həftələrdə başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda başlayan "Şərq tərəfdaşlığı iki ildən sonra: uğurlar və çətinliklər" beynəlxalq konfransında məlumat verib.
Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar yaxın həftələrdə başlayacaq - Rolan Kobia

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar yaxın həftələrdə başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda başlayan "Şərq tərəfdaşlığı iki ildən sonra: uğurlar və çətinliklər" beynəlxalq konfransında məlumat verib.

"İndi biz mandatın verilməsini gözləyirik. Əgər hər iki tərəfin siyasi iradəsi olarsa, onda bu proses tez başa çatacaq", - Kobia bildirib.

Kobianın sözlərinə görə, bu məsələdə müsbət nümunə Gürcüstandır.

"Biz Avropa ilə Azərbaycan arasında əhalinin gediş-gəlişinin sadələşdirilməsini arzu edirik və bunun üçün hər iki tərəfin səyləri vacibdir", - Kobia deyib.

Xəbər lenti

Xəbər lenti