...

Azərbaycanda iqtidaryönlü partiyaların yeni birliyi yaradılır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 May 2011 16:40 (UTC +04:00)
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə Trend-ə bildirib ki, birliyin yaradılmasında əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar siyasətinə dəstək olmaqdır.
Azərbaycanda iqtidaryönlü partiyaların yeni birliyi yaradılır (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 15:44-də yayılıb)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda iqtidaryönlü partiyaların yeni birliyi yaradılır.

Trend-in məlumatına görə, cümə günü rəsmi dövlət qeydiyyatından keçmiş iqtidar yönümlü Azad Respublikaçılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Mübarizlər Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyasının sədrləri Kamil Seyidov, Məmməd Əlizadə, Ağadur Müslümov, Sabir TarıverdiyevSübut Əsədovun iştirakı ilə sədrlər səviyyəsində yeni siyasi birliyin yaradılması ilə bağlı mətbuat konfransı keçiriləcək.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə Trend-ə bildirib ki, birliyin yaradılmasında əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar siyasətinə dəstək olmaqdır.

"Artıq bu məqsədlə regional institutlar yaradılıb, ictimai nəzarət institutu formalaşıb. Hələlik şərti olaraq birliyin adı "Demokratik İslahatlar İttifaqı" (Dİİ) qoyulub. Hazırda adın dəqiqləşdirilməsi istiqamətində müzakirələr gedir. Sabah yekun olaraq hansı adın seçilməsi mətbuat konfransında elan olunacaq", - Əlizadə əlavə edib.

O bildirib ki, birlik yaradan partiyalar Azərbaycanda demokratiyanın təkamül yolu ilə bərqərar olmasının tərəfdarıdır.

"Biz təkamül yolu ilə dəyişikliklərin tərəfdarıyıq. Biz Azərbaycanda ədalətsiz cəmiyyətin qurulmasında maraqlı olan bəzi qüvvələrə qarşı öz gücümüzü səfərbər etmək istəyirik. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı prosesində önəmli rol oynamaq, ölkədə demokratiyanın bərqərar olması və yüksək vüsət almasının tərəfdarıyıq. Prezident İlham Əliyevin verdiyi fərman və sərəncamların yerlərdə icra olunmasına xalq nəzarəti funksiyasını öz üzərimizə götürməyi nəzərdə tuturuq", - o qeyd edib.

Partiya sədri deyib ki, partiyaların sosial bazasından istifadə olunaraq qarşıya qoyulan məqsədlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti