...

Azərbaycan XİN-in rəhbəri Qoşulmama Hərəkatının diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyinə cəlb edib (FOTO)

Siyasət Materials 26 May 2011 17:34 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının diqqətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, suverenlik və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmasının vacibliyinə cəlb edib.
Azərbaycan XİN-in rəhbəri Qoşulmama Hərəkatının diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyinə cəlb edib (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının diqqətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, suverenlik və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmasının vacibliyinə cəlb edib. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatının 16-ci Nazirlər Konfransında çıxış edərkən deyib.

Konfransın yekunları üzrə qəbul edilməsi nəzərdə tutulan Bali Bəyannaməsində beynəlxalq münaqişələrin sülh yolu ilə həlli qeyd olunur. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib.

Azərbaycanın XİN rəhbəri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən 20 faiz ərazisinin qonşu Ermənistanın işğalına məruz qaldığını, münaqişə nəticəsində ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mayın 23-27-də Balidə Qoşulmama Hərəkatının Nazirlər Konfransı keçirilir və Azərbaycan bu konfransda təşkilata qoşulub.

Azərbaycanın xarici işlər naziri konfransda iştirak çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti