...

Xarici ölkələrin dövlət başçıları Respublika Günü ilə bağlı Azərbaycan Prezidentini təbrik ediblər (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 28 May 2011 18:19 (UTC +04:00)
Xarici ölkələrin dövlət başçıları Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər,

Trend-i buradan izləyin

Son 11 təbrik əlavə olunub (İlk xəbər 27 may 16:35-də yayılıb)

Xarici ölkələrin dövlət başçıları Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Livan Respublikasının Prezidenti General Mişel Süleyman:

"Hörmətli cənab Prezident,
Öz adımdan və Livan xalqı adından ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosa :

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də davam etdirəcəyimizə əminəm.
Fürsətdən istifadə edərək, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı bildirirəm".

Koreya Respublikasının Prezidenti Li Men Bak:

"Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının xalqı adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin davamlı inkişafından məmnun olduğumu bildirmək istərdim. Tamamilə əminəm ki, Azərbaycan Respublikası və Koreya Respublikası xalqlarının ümumi maraqlarına, qarşılıqlı hörmətinə və dostluğuna əsaslanan əməkdaşlıq əlaqələri növbəti illərdə daha da güclənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.


Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm. Sizə ən yüksək ehtiramımı bildirirəm".

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika:

"Möhtərəm Prezident, Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız daha çox faydalanacaqdır.
Möhtərəm Prezident, səmimi təbriklərimi qəbul etməyinizi rica edirəm".

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov:

"Çox hörmətli İlham Heydər oğlu, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Birlik ölkələrinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm".


Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov:

"Hörmətli İlham Heydər oğlu, İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan potensialının fəal reallaşdırılmasını, onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük məmnuniyyətlə qeyd edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı anlaşma münasibətləri, çoxşaxəli əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Sizin ali dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryus:

"Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya Hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya Hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim".

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silva:

"Azərbaycan Respublikasının Milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Malayziyanın Ali Rəhbəri Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum
Sultan Mahmud Əl-Muktəfi Billah Şah:

"Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edirik".

Norveçin Kralı V Harald:

"Zati-aliləri,
Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm".

İrlandiyanın Prezidenti xanım Meri Makalis:

"Ölkənizin Milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram".

Stavropol diyarının qubernatoru Valeri Qayevski:

"Hörmətli İlham Heydər oğlu!
Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim səmərəli əməkdaşlığımız ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Əminəm ki, Stavropol ilə Azərbaycan arasında yaranmış tərəfdaşlıq münasibətləri çox böyük potensiala malikdir və bağlanmış ikitərəfli saziş çərçivəsində planauyğun şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Azərbaycan Respublikasına və onun bütün sakinlərinə firavanlıq, sülh və əmin-amanlıq diləyirəm".


Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayeva:

"Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə Qırğızıstanda böyük əhəmiyyət verilir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".


MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:

"Hörmətli İlham Heydər oğlu!
İcazə verin Sizi Milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim. Xahiş edirəm, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə yüksək dövləti işlərinizdə və zəfərlərinizdə uğur diləklərimi, ən xoş arzularımı qəbul edin".

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev:

"Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin iki ölkənin inam və qarşılıqlı anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.
Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, işlərinizdə uğur, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".

Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tani:

"Zati-aliləri,
Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcəkdir".

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov:

"Hörmətli cənab Prezident,
TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gündən-günə inkişaf edən və qüdrətlənən Azərbaycan Respublikasına yeni nailiyyətlər və əmin-amanlıq arzulayıram.

TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan dünya mədəni həyatında öz layiqli yerini tutmaqda və yeni uğurlar qazanmaqdadır.

"Eurovision-2011" müsabiqəsində iştirak edən Azərbaycan təmsilçilərinin parlaq qələbəsi zəngin türk mədəniyyətinin bir hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir. Bu, hamımızın, bütün türk dünyasının sevincidir. Belə şərəfli zəfərlərin gələcəkdə də qazanılacağına inamımız hədsizdir.

Bu duyğularla Zati-alinizi və Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin hörmət və ehtiramımı izhar edirəm".

Sinqapur Respublikasının Prezidenti Sellapan Rama Natan:

"Zati-aliləri,
Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram".

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano:

"Zati-aliləri,
Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram".

Şimali Kipr xalqının lideri Dərviş Əroğlu:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını öz adımdan və Şimali Kipr xalqı adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin hörmətimi çatdırıram".

Niderlandın Kraliçası Beatriks:

"Çox hörmətli Prezident,
İcazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi bildirim və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".

Yaponiyanın İmperatoru Akihito:

"Zati-aliləri cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Zati-alinizə səmimi təbriklərimi çatdırır, ən xoş arzularla Sizə xoşbəxtlik, ölkənizin xalqına rifah diləyirəm".

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov:

" Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə bolqar xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi, bizə dost olan ölkənizin rifahı və firavanlığı barədə səmimi arzularımızı qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istərdim ki, Bolqarıstan ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı etimada əsaslanan ənənəvi münasibətlər, fəal əməkdaşlıq ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bir daha təsdiqləmək istərdim ki, Bolqarıstan Respublikası Azərbaycanın Avropaya inteqrasiyası səylərini dəstəkləyir, mənim ölkəm bundan sonra da Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin daha da fəallaşmasına kömək etmək arzusundadır və buna hazırdır.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir, Sizə dərin ehtiramımı bildirirəm"

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Rey:
"Hörmətli Prezident,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə, hökumətinizə və Azərbaycan xalqına İsveçrə Federal Şurasının səmimi təbriklərini çatdırır, ölkənizə qarşıdakı illərdə rifah və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğumu bildirirəm".

Ukraynanın Prezidenti Viktor Yanukoviç:

"Hörmətli İlham Heydər oğlu,
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu
daxili və xarici siyasət sayəsində onun beynəlxalq nüfuzu möhkəmlənməkdə davam edir, ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilir, Azərbaycan xalqının maddi rifah səviyyəsi yüksəlir.
Dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istərdim ki, Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da strateji tərəfdaşlıq ruhunda, qarşılıqlı etimad və dəstək prinsipləri əsasında dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası suverenlik illərində əsl müstəqillik əldə etmiş, iqtisadi və sosial inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmlətmişdir.
Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dinamizmini qoruyub saxlayacaq, daha da möhkəmlənəcək, fəal və səmərəli olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, xoş güzəran və firavanlıq diləyirəm".

Türkmənistanın Prezidenti Qurbanqulı Berdiməhəmmədov:
"Hörmətli İlham Heydər oğlu,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Türkmənistan xalqı və Hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Qəti əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətləri Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı və bol-bol həyat enerjisi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm".

Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu :
"Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Fərəhlə qeyd edirəm ki, bu gün Azərbaycan ölkənin demokratik dəyişikliklərində, siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsində və beynəlxalq aləmdə öz rolunun möhkəmlənməsində sanballı uğurlar qazanmış, dinamik inkişaf edən dövlətdir.
Qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Mərakeşin Kralı VI Məhəmməd:

"Zati-aliləri, əziz qardaşım,
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycan Respublikası Milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə daha yüksək tərəqqi və rifah diləməkdən olduqca məmnunam.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, xalqlarımızı birləşdirən qardaş İslam əlaqələrini yüksək dəyərləndirir, ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyi alqışlayıram. Əlaqələrimizin genişləndirilməsi, xalqlarımızın və müsəlman ümmətinin arzularının gerçəkləşməsi məqsədi ilə Zati-alinizlə birgə işimizin davam etdirilməsini səmimi qəlbdən arzulayıram".

Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Ali Şurasının Sədri Məhəmməd Hüseyn Tantavi:
"Çox hörmətli Prezident,
Zati-alinizi böyük məmnuniyyətlə Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza isə daha yüksək tərəqqi və rifah arzulayıram".

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov:

"Hörmətli İlham Heydər oğlu,
Çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dağıstan və Azərbaycan xalqlarımızın zəngin mədəni və qarşılıqlı sosial-iqtisadi əlaqələri təcrübəsinə, xalqlarımızın tarixi talelərinin ümumiliyinə, onların qarşılıqlı etimadına əsaslanan, tarixən formalaşmış möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bağlıdırlar.
Bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amili, xalqlarımızın rifahı naminə Dağıstan ilə Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın əsasıdır. Əminəm ki, biz bundan sonra da Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov:
"Hörmətli İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dünyada çox yüksək elmi və texnoloji potensiala malik olan azad və demokratik dövlət kimi ilbəil möhkəmlənən Azərbaycanın müstəqillik dönəmində qazandığı hər bir uğura görə biz haqlı olaraq fəxr edirik.
Hörmətli İlham Heydəroğlu, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin layiqli davamçısı kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər lenti

Xəbər lenti