Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə bu gün döyüş qırıcı təyyarələri planlaşdırılmış təlim məşqləri keçirib.
Trend-in məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Hərbi Hava qüvvələrinə məxsus döyüş təyyarələri planlaşdırılmış təlim uçuşları keçirir.
Bir neçə gün öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.
Qırıcı təyyarələr də manevrlər ediblər.
Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi gözlənilir.