...

Azərbaycanın hakim partiyası AKP-nin qələbəsindən məmnundur

Siyasət Materials 15 İyun 2011 10:38 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Azərbaycanın hakim partiyası AKP-nin qələbəsindən məmnundur

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) yenidən iqtidarda qalmasından məmnundur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

AKP-nin Azərbaycana qarşı isti münasibəti olduğunu deyən Əhmədov bildirib ki, xüsusilə də hökumət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana qarşı kifayət qədər isti münasibəti olan bir insandır.

"O, əsasən də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Türkiyə dövlətinin aydın mövqeyinin ortaya qoyulmasında kifayət qədər səmərəli fəaliyyət göstərir. Hesab edirəm ki, AKP-nin növbəti dəfə iqtidarda təmsil olunmaq hüququ əldə etməsi bu istiqamətdə Türkiyə cəmiyyətinin və hökumətinin fəaliyyətinin daha da genişlənməsinə gətirib çıxaracaq", - icra katibi deyib.

Əhmədov hesab edir ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri iki ölkənin hökumətləri arasında olan işgüzar münasibətlərin formalaşmasının və davam etməsinin əsasını təşkil edir.

"Biz bundan sonra da hökumətlər arasında işgüzar münasibətlərin şahidi olacağıq", - YAP funksioneri bildirib.

Xəbər lenti

Xəbər lenti