...

Aİ Şurası yenilənmiş Avropa Qonşuluq Siyasəti üzrə tövsiyələr verib

Siyasət Materials 20 İyun 2011 19:10 (UTC +04:00)
Avropa İttifaqı Şurası mayın sonlarında Avropa Komissiyası və Avropa Xarici İşlər Xidmətinin təklif etdiyi yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) üzrə tövsiyələr verib.
Aİ Şurası yenilənmiş Avropa Qonşuluq Siyasəti üzrə tövsiyələr verib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqı Şurası mayın sonlarında Avropa Komissiyası və Avropa Xarici İşlər Xidmətinin təklif etdiyi yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) üzrə tövsiyələr verib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin mətbuat xidmətinin məlumatında deyilir.

Yeni AQS Aİ-nin indi "böyük maliyyələşdirmə - böyük islahatlar" prinsipinə əsaslanacaq özünün şərq və cənub qonşularına münasibətdə strategiyasının yenilənməsindən ibarətdir.

Birliyin əsas rəhbər orqanlarından olan Aİ Şurası bütün sahələrdə yeni AQS təşəbbüsünü dəstəkləyir.

Şərq qonşuluğu ölkələri haqqında danışan Aİ Şurası martın 1-də viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında Aİ ilə Gürcüstan arasında əldə olunan razılaşmanı alqışlayıb. Sənəddə deyilir ki, Aİ Azərbaycan, Belarus və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqların başlanmasına çalışacaq.

Aİ Şurasının tövsiyələrində deyilir ki, viza rejiminin sadələşdirilməsi üzrə fəaliyyət planının təqdim olunmasında Ukrayna ilə Moldovanın nümunəsi hər bir ölkənin ayrı-ayrılıqda xüsusiyyətləri nəzərə alınmaqla, yerdə qalan şərq qonşuluğu ölkələri üçün faydalı nümunə ola bilər.

Yeni AQS-ə görə, Avropa Qonşuluğu ölkələrinə əlavə olaraq 1,2 milyard avrodan artıq vəsait ayrılacaq və onların ümumi maliyyələşdirilməsi 7 milyard avroya çatacaq.

Hər bir tərəfdaş ölkəyə yeni yanaşma fərdi olacaq və Aİ tərəfindən maliyyələşdirmə hər bir ölkədə ayrı-ayrılıqda keçirilən siyasi və iqtisadi islahatların sürətinə uyğun olacaq.

Bundan əvvəlki Avropa Qonşuluq Siyasəti 2004-cü ildən fəaliyyət göstərir. Yeni AQS əvvəlkinə əsaslanır, onu tamamlayır və qonşu ölkələrin cəmiyyətlərinin daha böyük təbəqələrinə dəstək, eləcə də islahatların davam etdirilməsi üçün yeni stimul təklif edir.

Xəbər lenti

Xəbər lenti