Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/
Milli Məclisin cümə günü keçirilən sonuncu növbədənkənar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa əlavələr və dəyişikliklər təkrar səsvermədə qəbul olunub.
Trend-in məlumatına görə, dəyişikliklərdə informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi əks olunub.
Qanun yanvarın 28-də birinci oxunuşda qəbul olunmuşdu. Konstitusiya qanunu 6 aydan sonra təkrar səsverməyə çıxarılır.
Milli Məclisin cümə günü keçirilən iclasında 21 məsələnin müzakirəsi gözlənilir.
Azərbaycan parlamenti ombudsman haqqında qanunu qəbul edib