...

İslam Konfransı Təşkilatı yeni ad və emblem alacaq

Siyasət Materials 28 İyun 2011 10:21 (UTC +04:00)
Çərşənbə axşamı Qazaxıstanın paytaxtında Müstəqillik sarayında Astana vaxtı ilə 9:30-da İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası öz işinə başlayır.
İslam Konfransı Təşkilatı yeni ad və emblem alacaq

Trend-i buradan izləyin

Qazaxıstan, Astana, 28 iyun /Trend, müxbir A.Maratov/

Çərşənbə axşamı Qazaxıstanın paytaxtında Müstəqillik sarayında Astana vaxtı ilə 9:30-da İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası öz işinə başlayır.

Dünyanın 57 ölkəsindən 1000-dən çox qonaq bu tədbirdə iştirak etmək üçün Astanaya gəlib.

İclas çərçivəsində ənənəvi məsələlər - siyasət, Yaxın Şərq və Afrikadakı dəyişikliklər, Əfqanıstan, Somali və digər regionların məsələləri müzakirə ediləcək.

Bundan başqa, İKT-nin yeni adı və emblemi ilə bağlı qərar qəbul ediləcək.

Jurnalsitlər üçün yayımlanan proqrama əsasən, İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası təşkilatın Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının sədri - Tacikistanın xarici işlər naziri X.Zərifinın çıxışı ilə açılacaq. Sonra İKT Xarici İşlər Nazirləri Şurasının sədri və 38-ci sessiyasının bürosu seçiləcək.

İKT-nin baş katibi Əkmələddin İhsanoğlunun çıxışı da olacaq. Bundan sonra təbriklə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edəcək.

Sessiyanın sonrakı işi mətbuat üçün qapalı şəraitdə keçəcək.

Bu gün axşam İKT Xarici İşlər Nazirləri Şurasının sessiyasının iştirakçıları üçün Qazaxıstan incəsənət xadimlərinin konserti veriləcək.

İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası iyunun 30-dək davam edəcək.

İKT BMT-dən sonra ikinci böyük təşkilat və islam dünyasının maraqlarını beynəlxalq arenada təmsil etmək üçün yeganə regional birlikdir. 1,6 milyard nəfərə yaxın əhali ilə Asiya, Afrika, Avropa və Cənubi Amerikanın 57 ölkəsi İKT-yə üzvdür.

Xəbər lenti

Xəbər lenti