...

Azərbaycan terrorizmlə mübarizə mexanizmlərinin hazırlanması üçün bütün imkanlara malikdir - ABŞ Müdafiə Nazirliyi

Siyasət Materials 29 İyun 2011 17:30 (UTC +04:00)
Azərbaycan terrorizmlə mübarizə mexanizmlərinin hazırlanması üçün bütün imkanlara malikdir. ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin icraçı direktoru Ronni Fearklos bu fikirdədir.
Azərbaycan terrorizmlə mübarizə mexanizmlərinin hazırlanması üçün bütün imkanlara malikdir - ABŞ Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Konyayeva/

Azərbaycan terrorizmlə mübarizə mexanizmlərinin hazırlanması üçün bütün imkanlara malikdir. ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin icraçı direktoru Ronni Fearklos bu fikirdədir.

"Mən fəxr edirəm ki, azərbaycanlı tərəfdaşlarla regionda və bütün dünyada kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaqda birgə səylərimizi nümayiş etdirmək üçün birlikdəyik", - çərşənbə günü Bakıda Fearklos bildirib.

O qeyd edib ki, Azərbaycan ABŞ-ın daimi tərəfdaşıdır və Birləşmiş Ştatlar gələcək əməkdaşlığa ümid edir.

Çərşənbə günü Bakıda ABŞ Müdafiə Nazirliyi və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin kütləvi qırğın silahlarının yayılmasının qarşısını alınması üzrə birgə proqramının başa çatması münasibətilə tədbir keçirilib.

Proqram Azərbaycan və ABŞ-ın Xəzərin Azərbaycan sektorunda nüvə və radioloji materiallar qaçaqmalçılığına nəzarət etmək, vaxtında müəyyən etmək və qarşısının alınması üçün səylərin birləşdirilməsinə yönəlib.

Bu nadir proqram çərçivəsində Azərbaycan tərəfi praktikada Xəzər dənizində bütün zəruri tədbirlər gördüyü halda, ABŞ texniki ekspertizanın aparılması üçün yardım göstərir və tədris təşkil edir.

Proqram Azərbaycanda 2004-cü ildən həyata keçirilir. ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bu proqramın tam şəkildə Dövlət Sərhəd Xidmətinə verilməsi üçün Azərbaycana gəliblər.

"Azərbaycan bu növ terrorizmlə mübarizə üzrə mexanizmlər hazırlamaq üçün bütün imkanlara malikdir", - Fearklos vurğulayıb.

Xəbər lenti

Xəbər lenti