...

Sumqayıtda "Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydan yenidən qurulacaqdır (FOTO)

Siyasət Materials 8 İyul 2011 00:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olmuşdur. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sumqayıtda "Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydan yenidən qurulacaqdır (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olmuşdur. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısına məlumat verildi ki, "Kimyaçı" Mədəniyyət Sarayı 1986-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır.

Prezident İlham Əliyev meydanın sxeminə baxdı, ərazini gəzdi, burada yeni infrastrukturun yaradılması ilə bağlı tapşırıqlarını verdi.

Sonra Azərbaycan dövlətinin başçısı "Kimyaçı" Mədəniyyət Sarayının inzibati binası ilə tanış oldu.

Bildirildi ki, üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 1063 yerlik böyük konsert salonu, ikinci mərtəbəsində 204 yerlik kiçik müşavirə zalı vardır. Sarayın 56 iş, məşq, dərs otağında 350 yeniyetmənin məşğul olduğu 16 bədii özfəaliyyət dərnəyi fəaliyyət göstərir.

Dövlətimizin başçısı sarayın konsert salonuna baxdı, yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti