...

Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub

Siyasət Materials 17 Avqust 2011 16:26 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkilərindən sonra yenidən formalaşmış Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə vəsiqələr paylanılıb.
Mərkəzi Seçki Komissiyasının üzvlərinə vəsiqələr təqdim olunub

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T. Hacıyev/

Azərbaycanda keçirilən parlament seçkilərindən sonra yenidən formalaşmış Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə vəsiqələr paylanılıb.

Trend-in məlumatına görə, MSK-nın çərşənbə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov vəsiqələri təqdim edib.

Pənahov MSK-nın bütün üzvləri onlara göstərdiyi etimadı yüksək səviyyədə doğruldacaqlarına ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq MSK hər beş ildən bir, parlament seçkilərindən sonra formalaşır. 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra, 2011-ci ilin fevral ayında MSK yenidən formalaşıb.

MSK-nın 18 üzvü var. Onlardan 6-sı parlamentdə çoxluq təşkil edən partiyaların nümayəndələri, 6-sı azlıq təşkil edən partiyaların nümayəndələri, 6-sı isə bitərəf deputatların nümayəndələridir.

Xəbər lenti

Xəbər lenti