...

Azərbaycanın müxalifət partiyasının sədri həmkarını məhkəməyə verib

Siyasət Materials 10 Sentyabr 2011 14:53 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev onun ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün Xalq Partiyasının lideri Pənah Hüseyni məhkəməyə verib.
Azərbaycanın müxalifət partiyasının sədri həmkarını məhkəməyə verib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev onun ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün Xalq Partiyasının lideri Pənah Hüseyni məhkəməyə verib. Bu barədə şənbə günü Trend-ə BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

İddia ərizəsinin əsas predmeti BAXCP sədrinin Pənah Hüseyn və İctimai Palatanın rəhbərliyinə daxil olan bəzi siyasilərin davranışları ilə bağlı dilə gətirdiyi fikirlərdən sonra Pənah Hüseynin onun ünvanına "Yeni Müsavat" qəzetində səsləndirdiyi ifadələrlə bağlıdır.

Qüdrət Həsənquliyev öz iddia ərizəsində Pənah Hüseyndən "Yeni Müsavat" qəzetinin vasitəsilə ondan üzr istəməsini tələb edib.

BAXCP sədri bir neçə müddət əvvəl rəhbərliyinə Pənah Hüseynin də daxil olduğu İctimai Palatanın razılaşdırılmamış aksiyalara dəvət etdiyi şəxslər həbsdə olduğu bir zamanda Pənah Hüseynin ölkədən kənarda istirahət etməsinə münasibətini açıqlamışdı.

Analoji iddia ilə Pənah Hüseyn də məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti