...

QDİƏT-ə üzv ölkələrin fövqəladə hallar qurumlarının rəhbərlərinin görüşü keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2011 15:32 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar qurumlarının rəhbərlərinin görüşü keçiriləcək.
QDİƏT-ə üzv ölkələrin fövqəladə hallar qurumlarının rəhbərlərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar qurumlarının rəhbərlərinin görüşü keçiriləcək.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, oktyabrın 7-8-də QDİƏT-də sədrlik funksiyasını yerinə yetirən Rusiyanın təşkilatçılığı ilə Soçidə təşkilata üzv dövlətlərin fövqəladə hallar qurumları rəhbərlərinin görüşündə Azərbaycanı nazir müavini, general-leytenant Etibar Mirzəyev təmsil edəcək.

Tədbirdə QDİƏT regionunda fövqəladə hallar zamanı yardım üzrə əməkdaşlığın gücləndirilməsi, imkanların araşdırılması, fövqəladə hallarla əlaqədar QDİƏT-in digər beynəlxalq təşkilatlarla tərəfdaşlığı, seysmik təhlükənin qarşısının alınması üzrə region ölkələri arasında əməkdaşlıq və digər aktual məsələlərin müzakirəsi aparılacaq, habelə bir sıra sənədlər qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti