Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun tabeliyinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilsin.
Nazirlər Kabinetinə bir ay müddətində bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırlıb.